Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
iy
2025
16:00

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

16 iy, 2025
16:00
644

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Avqustun 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

“Report” ƏMDX-ya istinadən xəbər verir ki, hərracda Oğuz rayonundakı “Muxas-Daşağılçay” (16 ha) və Balakən rayonu “Katexçay” (1.5 ha) qum-çınqıl, eləcə də Oğuzdakı “Nic” (3.5 ha) gil yataqları investorlara təklif olunacaq.

İddiaçılar hərracda iştirakla bağlı sənədləri iyulun 31-nə qədər “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Bizimlə əlaqə saxlayın