Azərbaycanda ölçmə vasitələrinin yoxlanılması üzrə səlahiyyətli şəxslərin sayı 26-a çatıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
iy
2025
13:30

Azərbaycanda ölçmə vasitələrinin yoxlanılması üzrə səlahiyyətli şəxslərin sayı 26-a çatıb

16 iy, 2025
13:30
515

Azərbaycanda ölçmə vasitələrinin yoxlanılması üzrə səlahiyyətli şəxslərin sayı 26-a çatıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölçmə vasitələrinin yoxlanılması sahəsində attestasiya olunmuş fiziki şəxslərin yeni siyahısını açıqlayıb.

“Report” xəbər verir ki, siyahıya daha 2 nəfər əlavə olunub. Onlara bu ilin iyul ayında 5 illik attestatlar təqdim olunub.

Attestasiya olunmuş yeni şəxslər Nəzrin Hüseynli və Əli Osmanovdur.

Bundan əvvəl daha 24 nəfər bu sahədə səlahiyyətli şəxslər kimi tanınıb. Beləliklə, ölçmə vasitələrinin yoxlanılması üzrə səlahiyyətli şəxslərin sayı 26-ə çatıb.

Bu addım ölçmə vasitələrinin yoxlanılması sahəsində keyfiyyətin və standartlara uyğunluğun təmin edilməsinə xidmət edir. Səlahiyyətli şəxslər ölkədə ölçmə vasitələrinin dəqiqliyinə və təhlükəsizliyinə nəzarətdə mühüm rol oynayacaqlar.

Bizimlə əlaqə saxlayın