Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
iy
2025
21:30

Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik

04 iy, 2025
21:30
873

Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik

Mən əziz qardaşım Prezident İlham Əliyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) mötəbər toplantısında iştirak etmək üçün nümayəndə heyətimlə birlikdə burada idim.

"Sizinxeber.az" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif söyləyib.

Baş nazir bildirib: “Biz bu gün iki üzv ölkə arasında qardaşlıq bağlarını daha da inkişaf etdirmək, ticarəti, sərmayələri, mədəniyyəti, təhsili, səhiyyəni və su ehtiyatlarını təşviq etmək barədə razılaşdıq. Prezident İlham Əliyevlə görüş çox məhsuldar keçdi. Biz Pakistanla Azərbaycan arasında ticarət və investisiyalarımızı strateji sahələrdə də inkişaf etdirmək barədə razılığa gəldik”.

Bizimlə əlaqə saxlayın