“Gardashlar Mebel”dən nüfuzlu layihə – Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binası mebellə təchiz edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
iy
2025
11:00

“Gardashlar Mebel”dən nüfuzlu layihə – Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binası mebellə təchiz edilib

04 iy, 2025
11:00
628

“Gardashlar Mebel”dən nüfuzlu layihə – Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binası mebellə təchiz edilib

Bakıda yerləşən Özbəkistanın yeni səfirlik binası “Gardashlar Mebel” şirkətinin istehsalı olan mebellərlə təchiz olunub.

İyulun 2-də baş tutmuş rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər. İki ölkə arasında strateji tərəfdaşlığın rəmzi olan bu kompleksin interyer həlləri, funksional planlaması və mebel dizaynı xüsusi diqqətlə hazırlanıb. Layihə çərçivəsində idarəetmə otaqları, diplomatik qəbul zalları, konfrans sahələri və ümumi istifadə zonaları üçün mebellər və divar üzləmələri “Gardashlar Mebel”in istehsal fabrikində gerçəkləşdirilib. Seçilmiş materiallar, rəng palitrası və dizayn yanaşması binanın rəsmi funksiyasını və protokol tələblərini tam şəkildə nəzərə alır.

Layihə ilə bağlı açıqlama verən “Gardashlar Mebel”in təsisçisi Əli Mirzəyev bildirib ki, layihənin icrası zamanı həm texniki keyfiyyət, həm də simvolik məsuliyyət ön planda olub: “Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təminatı bizim üçün sadəcə bir layihə deyil, həm də qardaş ölkələr arasında inkişaf edən münasibətlərin etimad simvoludur. Biz bu layihədə yalnız funksionallığı deyil, həm də mədəniyyətlərarası harmoniya və estetik yanaşmanı əks etdirməyə çalışdıq”.

Ə.Mirzəyev əlavə edib ki, “Gardashlar Mebel”in diplomatik və dövlət səviyyəli layihələrdə iştirak etməsi şirkətin istehsal və layihələndirmə potensialının göstəricisidir: “Belə yüksək səviyyəli layihələrin icrası sübut edir ki, yerli istehsal beynəlxalq tələblərə tam cavab verə bilir. Mebel istehsalında texniki dəqiqlik, dizaynda isə sadəlik və zəriflik əsas prioritetlərimizdir. “Gardashlar Mebel” bundan əvvəl də Bakıda yerləşən Qətərin səfirlik binasının mebel təminatını uğurla həyata keçirib və diplomatik sahədəki layihə portfelini genişləndirib”.

“Gardashlar Mebel” 2015-ci ildən fəaliyyət göstərir və 450-dən çox əməkdaşı ilə ölkənin mebel sənayesində aparıcı istehsalçılardan biri olaraq tanınır. Şirkət son illərdə dövlət müəssisələri, diplomatik nümayəndəliklər, təhsil və səhiyyə müəssisələri üçün kompleks mebel təminatı layihələrini uğurla həyata keçirib. 2020-ci ildən etibarən isə məhsulların ixracına da başlanılıb.

Bizimlə əlaqə saxlayın