Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
iy
2025
13:00

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

01 iy, 2025
13:00
914

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, sənədlər Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun rəhbərliyi ilə ölkədə səfərdə olan biznes nümayəndələri ilə keçirilmiş görüş çərçivəsində imzalanıb: "Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini gücləndirəcək".

Bizimlə əlaqə saxlayın