“İstisu Mineral Su Zavodu” dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə top10-a daxil olub
sizinxeber.az xəbər saytı

“İstisu Mineral Su Zavodu” dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə top10-a daxil olub


Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (184 milyon ABŞ dolları) məxsus olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.

Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC (106,7 milyon ABŞ dolları), "AzerGold" QSC (81,9 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC (54,4 milyon ABŞ dolları), SOCAR-ın Qaz İxrac İdarəsi (34,5 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (17,4 milyon ABŞ dolları), "Azərbaycan Hava Yolları" QSC (6,7 milyon ABŞ dolları), Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (423,1 min ABŞ dolları), Prezidentin İşlər İdarəsinin tabeliyindəki “İstisu Mineral Su Zavodu” MMC (366,2 min ABŞ dolları) və "Azəripək" ASC (117,6 min ABŞ dolları) qərarlaşıb.

Oxşar xəbərlər

SOCAR-ın Qaz İxrac İdarəsi qeyri-neft-qaz ixracı üzrə dövlət müəssisələrinin TOP10-luğuna daxil olub
SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır
“SOCAR Polymer” I rübdə ixrac gəlirlərini 5 %-ə yaxın artırıb
SOCAR qeyri-neft ixracından gəlirini 13 % artırıb
“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər