Paytaxtda ödənişli xidmətlərin dəyəri 12 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Paytaxtda ödənişli xidmətlərin dəyəri 12 %-ə yaxın artıb


Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 613,9 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 11,8 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 133,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 86,7 %-ni təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 % artaraq 5 milyard 680,2 milyon manat olub.

Oxşar xəbərlər

Paytaxtda ödənişli xidmətlərin dəyəri 11 %-dən çox artıb
Paytaxtda ödənişli xidmətlərin dəyəri 11 % artıb
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 % artıb
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 %-ə yaxın artıb
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər