Mask “Tesla”nın sürücüsüz taksisinin avtonom çatdırıldığını bildirib
“Tesla” rəhbəri İlon Mask, “Tesla Model Y” sürücüsüz taksinin ilk avtonom çatdırılmasının vaxtından bir gün əvvəl tamamlandığını açıqladı.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə sahibkar “X” hesabında məlumat verib.
"Tesla Model Y”nin zavoddan müştərinin evinə ilk tam avtonom çatdırılması vaxtından bir gün əvvəl tamamlandı!" , - o yazıb.
Mask layihənin uğurla həyata keçirilməsinə görə “Tesla”nın proqram təminatı tərtibatçılarına və süni intellekt mikrosxeminin tərtibatçılarına təşəkkür edib.
“Tesla” ABŞ daxili bazarında 2020-ci ildə tətbiq olunmağa başlayan sürücüsüz “Waymo” taksi xidməti ilə rəqabət aparacaq. Qlobal bazarda Maskın şirkəti Çinin “Apollo Go”, “WeRide” və “Pony AI” şirkətləri ilə rəqabət aparacaq.
Oxşar xəbərlər
“Tesla”nın yeni robot taksi modeli təqdim edilib
ABŞ-də İlon Mask və "Tesla"ya qarşı etirazlar keçirilib
Mask-Tramp qarşıdurması fonunda "Tesla" səhmləri 10 % ucuzlaşıb
“Tesla” 2026-cı ildə robotların kütləvi istehsalına başlamağı planlaşdırır
“Tesla” ilin əvvəlindən bəri bazar dəyərini 94 milyard dollar itirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













