Azərbaycanda daha 154 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
in
2025
15:00

Azərbaycanda daha 154 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

20 in, 2025
15:00
553

Azərbaycanda daha 154 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

Avqustun 5-i və 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Avqustun 5-də keçiriləcək hərraca ümumi dəyəri 280 min 300 manat olan 75 nəqliyyat vasitəsi, avqustun 19-da isə ümumi dəyəri 389 min 200 manat olan 79 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Avqustun 5-də və avqustun 19-da keçiriləcək hərraclarla bağlı ətraflı məlumatı Dövlət Xidmətinin saytından əldə etmək mümkündür.

Bizimlə əlaqə saxlayın