Özbəkistan Azərbaycanın “KOB dostu” və KOB evi mexanizmlərini öyrənir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
in
2025
15:00

Özbəkistan Azərbaycanın “KOB dostu” və KOB evi mexanizmlərini öyrənir

20 in, 2025
15:00
775

Özbəkistan Azərbaycanın “KOB dostu” və KOB evi mexanizmlərini öyrənir

Özbəkistan Azərbaycanın “KOB dostu” və KOB evi mexanizmlərini öyrənir

Bu barədə “Report” İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın kiçik və orta sahibkarlıq sahəsində təcrübəsini öyrənmək məqsədilə Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nümayəndələri ölkəmizdə səfərdə olublar.

Səfər çərçivəsində nümayəndə heyəti “Bakı KOB evi”ndə sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

KOBİA-da keçirilmiş görüşlərdə Özbəkistan nümayəndə heyəti üçün KOB sahəsində milli qanunvericilik, agentliyin fəaliyyəti, KOB subyektlərinə göstərilən dəstək və xidmətlər, o cümlədən “KOB dostu” və KOB evi mexanizmləri barədə təqdimatlar keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın əməkdaşları və Özbəkistan nümayəndə heyəti arasında KOB sahəsində təcrübə və fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın