Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 18 % artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 9,969 milyon ABŞ dolları dəyərində tekstil malları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 17,9 % çoxdur.
Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 1 milyard 366,703 milyon ABŞ dollarlıq tekstil malları ixrac edilib ki, bu da illik müqayisədə 8,6 % çoxdur.
5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox (385,958 milyon ABŞ dolları məbləğində) tekstil malları Avropa İttifaqı ölkələrinə ixrac edilib. Bu, 1 il əvvələ nisbətən 6,3 % çoxdur. Avropa ölkələrini Yaxın Şərq (315,752 milyon ABŞ dolları məbləğində) və Afrika ölkələri (174,857 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 3,2 % və 39,7 % çoxdur.
Oxşar xəbərlər
Türkiyə Azərbaycana tekstil məhsulları ixracını artırıb
Azərbaycan kakao ixracından gəlirini 27 %-ə yaxın artırıb
Azərbaycan gübrə ixracından gəlirini 78 % artırıb
Azərbaycan tütün idxalına xərclərini təxminən 1 % artırıb
Azərbaycan alkoqollu içkilərin ixracından qazancını 6 %-ə yaxın artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












