Almaniyalı iş adamı: "Ağdamda müasir müəssisələr görmək möhtəşəmdir"
Ağdamda müasir avadanlıqların quraşdırıldığı istehsal müəssisələrini görmək möhtəşəmdir.
Bunu “Sizinxeber.az”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Almaniyanın məşhur “Desma Schuhmaschine” şirkətinin rəhbəri Klaus Fris deyib.
İş adamı Azərbaycanda, xüsusilə, sənaye parkının yaradıldığı Ağdamda olmaqdan məmnunluğunu vurğulayıb:
“Buradakı Sənaye Parkında əla şərait yaradılıb. Artıq məhsulları xaricə ixrac olunan “Bafco İnvest” ayaqqabı fabrikində istehsal bizim şirkətin müasir avadanlıqları ilə istehsal olunur.
Qeyd edim ki, biz sadəcə bir maşın satmırıq, həm də bütöv bir istehsal sistemi təqdim edirik. Məhsulların dizaynından tutmuş uğurlu istehsala qədər bütün fəaliyyətləri dəstəkləyirik. Buradakı mükəmməl qurğuları və istehsalı təmin edən müasir avadanlıqları görmək möhtəşəmdir”.
Oxşar xəbərlər
Ağdamda istehsal olunan ayaqqabılar Fransa, Rusiya və ərəb ölkələrinə ixrac ediləcək
Zavod direktoru: Ağdamda elektromobillər üçün enerji doldurma cihazları istehsal olunacaq
Əli Əsədov və Aleksandr Turçin Ağdamda "BAFCO İnvest", “Eel Electric”, "Mister Decor”un fəaliyyəti ilə tanış olublar
Balaxanı Sənaye Parkında 2 “yaşıl istehsal” yaradıllr
Ağdamda Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodu açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
