Sizinxeber.az – Azərbaycan Xəbərləri

Azərbaycanın qeyri-neft ixracının ölkələr üzrə reytinqi – TOP-10

Azərbaycanın qeyri-neft ixracının ölkələr üzrə reytinqi – TOP-10
16 dəfə Baxılıb
16 Dekabr 2019 - 14:33

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 1 572,9 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5%, real ifadədə isə 11,3% çoxdur.

Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9%), Türkiyəyə (20,6 %), İsveçrəyə (9,4%), Gürcüstana (8,4%), Ukraynaya (2,5%), İtaliyaya (2,3%), Çinə (2,2%), Yunanıstana (2,2%), Niderlanda (1,4%), İrana (1,4%) göndərilmiş malların payı üstünlük təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxal olunub. Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 27 436,7 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 15 981,4 mln. dollar, idxalın dəyəri 11 455,3 mln. dollar təşkil edib, nəticədə 4 526,1 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Azərbaycanın qeyri-neft ixracının ölkələr üzrə bölgüsü:

#

Ölkələr

İxrac həcmi, mln. ABŞ dolları

Qeyri-neft məshulları üzrə ixrac dəyərində xüsusi çəkisi, %

1

Rusiya

533,21

33,9

2

Türkiyə

324,02

20,6

3

İsveçrə

147,85

9,4

4

Gürcüstan

132,12

8,4

5

Ukrayna

39,32

2,5

6

İtaliya

36,18

2,3

7

Çin

34,60

2,2

8

Yunanıstan

34,60

2,2

9

Niderland

22,02

1,4

10

İran

22,02

1,4

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]