Sizinxeber.az – Azərbaycan Xəbərləri

Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq

Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq
52 dəfə Baxılıb
11 Sentyabr 2019 - 20:01

Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq 2020-ci ilin dövlət büdcə layihəsi hökumətə təqdim edilib. Biz isə rəqəmlərlə tanış deyilik. Hökumətdən sonra Cənab Prezident büdcə layihəsinə baxacaq və sənəd Milli Məclisə təqdim ediləcək. Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputatın proqnozuna görə, Azərbaycanın 2020-ci il dövlət büdcəsində sosial layihələrə daha çox üstünlük veriləcək. “Maaşlar, pensiyalar, müavinətlər yenə diqqət mərkəzində olacaq”, – deyə V.Əhmədov əlavə edib. Onun fikrincə, gələn ilin büdcəsi investisiyayönümlü olmalıdır ki, ümumi daxili məhsulun artımı baş versin. “Büdcə investisiyayönümlü olarsa, qeyri-neft sektoru daha da inkişaf edər”. Xatırladaq ki, Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

www.Sizinxeber.az

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]