Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70%-ə yaxınlaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
fev
2026
23:50

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70%-ə yaxınlaşıb

26 fev, 2026
23:50
448

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70%-ə yaxınlaşıb

Bu ilin fevralın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 31,864 milyard manat təşkil edib.
İqtisadiyyat.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 83 milyon manat və ya 0,3% azalıb, 2025-ci ilin fevralın 1-nə nisbətən isə 2,5 milyard manat və ya 8,6% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,837 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 30 milyon manat və ya 0,4% azalma, illik müqayisədə isə 626,7 milyon manat və ya 8,7% artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 22,143 milyard manatı özəl bankların payına düşüb. Bu isə bir ay əvvələ olan göstərici ilə müqayisədə 53 milyon manat və ya 0,2% az, ötən illin fevralın 1-nə olan göstəriciyə nisbətən isə 1,8 milyard manat və ya 9,1% çoxdur.

Bundan başqa, bu ilin fevralın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,884 milyard manat olub ki, bu da aylıq müqayisədə eyni səviyyədə qalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73,1 milyon manat və ya 4% artıb.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,6%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,5%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 5,9%-ni təşkil edib.

Bizimlə əlaqə saxlayın