FHN əməkdaşı ölkə çempionatında qızıl medal qazanıb
sizinxeber.az xəbər saytı

FHN əməkdaşı ölkə çempionatında qızıl medal qazanıb


Abşeron Olimpiya Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının birgə təşkilatçılığı ilə qol güləşi üzrə böyüklər arasında ölkə çempionatı keçirilib.

FHN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, çempionatda müxtəlif çəki dərəcələri üzrə 200-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı mayor Rəşad Kəsəmənli sağ və sol qol üzrə 4 görüş keçirərək bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının medalı ilə mükafatlandırılıblar.

Qeyd edək ki, Rəşad Kəsəmənli qol güləşi üzrə Bakıda keçiriləcək Dünya çempionatına lisenziya qazanıb.

Oxşar xəbərlər

FHN əməkdaşı qol güləşi üzrə gümüş medal qazanıb - FOTO
FHN-in kikboksinq üzrə idmançıları Azərbaycan çempionatında yüksək nəticələr əldə ediblər
FHN-in əməkdaşı atıcılıq yarışında gümüş medal qazanıb
FHN əməkdaşı stolüstü tennis yarışında qızıl medal qazanıb
FHN əməkdaşları idman dırmanması yarışında yüksək nəticələr qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle