ilbet
Döyülən uşağın atası danışdı

Döyülən uşağın atası danışdı

Abunə Ol
Yanvar 14, 2022 10:07
Döyülən uşağın atası danışdı
0

BƏYƏNDİM

ABUNƏ OL

“2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur”.

“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu sözləri İsmayıllıdakı 1 saylı uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev bildirib. 

“Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb”, – R.Mirzəliyev deyib.

O, bunları əlavə edib: “Hazırda hadisə ilə bağlı istintaq gedir. Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı da övladım evdə hər hansı bir söz deməyib”. 

Rəşid Mirzəliyev uşağının səhəttindən də söz açıb: “Hazırda övladımın səhhəti normaldır. Hər hansı bir problem yoxdur”.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.