ilbet
Dövlət başçıları İlham Əliyevi təbrik edir

Dövlət başçıları İlham Əliyevi təbrik edir

Abunə Ol
Dekabr 24, 2021 10:00
Dövlət başçıları İlham Əliyevi təbrik edir
0

BƏYƏNDİM

ABUNƏ OL

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 
Prezident.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri,
İcazə verin, yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.
Qəti şəkildə inanıram ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdan gələn illərdə genişlənməkdə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
13:32
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 
Prezident.az xəbər verir ki, məktubda deyilir:
“Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə 60 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Sizin rəhbərliyinizlə Azərbaycan müasir, müstəqil və uğurlu dövlət quruculuğunda mühüm nailiyyətlər əldə etmişdir.
Bu, bir danılmaz faktdır ki, regionumuz malik olduğu geosiyasi potensialını tam istifadə etməkdə çoxlu problem və maneələrlə üzləşmişdir. Gürcüstan ilə Azərbaycanı əsrlər boyu dostluq, mehriban qonşuluq münasibətləri, qarşılıqlı hörmət və ümumi maraqlar birləşdirir. Buna görə də mən qəti şəkildə inanıram ki, biz birlikdə ümumi regional problemlərimizi regional imkanlara çevirəcəyik. Əminəm ki, biz birgə səylərimizlə regionda sülhü və sabitliyi möhkəmləndirəcəyik. Bunun isə təkcə region deyil, dünya üçün faydalı nəticələri olacaqdır. Bizim üçün Qafqazın iqtisadi potensialını tam reallaşdırmaq və regionu Şərqlə Qərb arasında əlaqə mərkəzinə çevirmək zamanıdır.
Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Sizin ölkələrimiz arasında əlaqələrin dərinləşməsi ilə bağlı möhkəm qətiyyətiniz gələcək nəsillər üçün dostluq və qarşılıqlı hörmət nümunəsi olaraq qalacaqdır. Mən Gürcüstan ilə Azərbaycan arasında strateji əlaqələrin möhkəmlənməsinə dəstəyimi bir daha təsdiqləyirəm. Əminəm ki, biz əməkdaşlığımızı dərinləşdirəcəyik, qarşıya yeni məqsədlər qoyacaq və onun nəticələrindən bəhrələnəcəyik.
Zati-aliləri, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin. Sizə və dost Azərbaycan xalqına cansağlığı, firavanlıq, Yeni ildə yeni uğurlar arzulayıram”.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.