“Doğulandan ölənə kimi əziyyət çəkdi” - Coşqun
“Doğulandan ölənə kimi əziyyət çəkdi” - Coşqun

“Doğulandan ölənə kimi əziyyət çəkdi” – Coşqun

“Həmişə deyirəm, bu, bir başlanğıcdır. Başlanğıcında ona hüzur, Allahdan günahlarının bağışlanmasını arzulayırıq. O insan ölənə kimi əziyyət çəkdi. Doğulandan torpağa tapşırılana kimi kimlər üçünsə əziyyət çəkdi. Həmişə bunun şahidi olmuşuq“.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimində deyib.

“Yeri behişt, cənnət olsun. O, heç vaxt yaddan çıxmayacaq. Biz onu 90-cı ildən tanıyırıq. Birlikdə təhsil almışıq, sənətə bir başlamışıq. Amma nə yazıq ki, həyat vəfa etmədi. Ona o dünyada rahatlıq tapmağı arzulayıram. Çünki bu dünyada çox əziyyət çəkdi” deyə, Coşqun əlavə edib.