ilbet
DİN-dən Saməddin Məmmədovun oğlunun iddiaları ilə bağlı

DİN-dən Saməddin Məmmədovun oğlunun iddiaları ilə bağlı

Abunə Ol
Dekabr 27, 2021 16:52
DİN-dən Saməddin Məmmədovun oğlunun iddiaları ilə bağlı
0

BƏYƏNDİM

ABUNƏ OL

Həbsdə olan Saməddin Məmmədovun oğlu, Vətən Müharibəsi iştirakçısı Nahid Məmmədov bu gün Bakıda binanın damına çıxaraq, intihar etmək istəyib. Onun atasının həbsinə etiraz olaraq bu addımı atdığı bildirilib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Cəlilabad rayonunda həbs edilən Saməddin Məmmədovun həbsində hansısa siyasi motiv yoxdur:

“S.Məmmədovun oğlu atasının həbsdən azad olunması məqsədilə qazi adından istifadə etməklə, müxtəlif məzmunlu çağırışlar edir.

S.Məmmədovun məhz bloqer fəaliyyətinə görə həbs edilməsi ilə bağlı iddialar var və bu, həqiqəti əks etdirmir. Bloqerlik fəaliyyəti ilə məşğul olan ölkədə yüzlərlə şəxs var və heç kimin fəaliyyəti məhdudlaşdırılmır.

S.Məmmədov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək, dəfələrlə həbs olunub və səkkiz il məhkumluq həyatı yaşayıb. Təəssüf ki, onun övladları bu gerçəyi bildiyi halda, qəbul etmirlər”.

Saməddin Məmmədov

Onun cari ilin sentyabr ayında yenidən həbsi ilə bağlı şöbə rəisi əlavə edib ki, S.Məmmədov özü, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədov kənd sakini Elşən Cəfərovun onlar barəsində sosial şəbəkələrdə paylaşım etməsinə görə, rayonun Şəhidlər Xiyabanında keçirilən kütləvi tədbir zamanı ona qarşı xuliqanlıq hərəkətləri törədərək ona bədən xəsarəti yetiriblər:

“Faktla bağlı CM-nin 127.1 (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb və S.Məmmədov saxlanıb. Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib”.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.