Sizin Reklamınız Burada ola bilər!
DİM Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət alanlara müraciət edib
DİM Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət alanlara müraciət edib

DİM Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət alanlara müraciət edib

Mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında “qeyri məqbul” alan, lakin ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik bazada) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçməyə icazə verilir.

Bu barədə APA-ya DİM-dən xəbər verilib. Bildirilib ki, mtahandan “məqbul” alan abituriyentlərlə yanaşı, “qeyri-məqbul” alan abituriyentlər də qabiliyyət imtahanlarında iştirak etmək üçün 27 may saat 23:59-dək verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak etməli və “məqbul” qiymət almalıdırlar. İkinci imtahana qeydiyyat tarixləri elan olunacaq.

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” qiymət alan abituriyentlər iştirak edə bilərlər.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
DİM Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət alanlara müraciət edib

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica