Venesuela zəlzələdən sonrakı bərpa işləri üçün BVF-dən maliyyə vəsaiti alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
iy
2026
08:30
ff aaaaaaa

Venesuela zəlzələdən sonrakı bərpa işləri üçün BVF-dən maliyyə vəsaiti alıb

18 iy, 2026
08:30
615

Venesuela zəlzələdən sonrakı bərpa işləri üçün BVF-dən maliyyə vəsaiti alıb

Venesuela hakimiyyəti Beynəlxalq Valyuta Fondunda (BVF) saxlanılan 346 milyon ABŞ dolları həcmində öz vəsaitinə çıxış əldə edib. Bu vəsait dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.

"Report" xəbər verir ki, bu barədə Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Delsi Rodriqes məlumat yayıb.

Onun sözlərinə görə, ayrılan vəsait zərərçəkmiş ailələrə yardım göstərilməsi, yaşayış evlərinin bərpası, kritik infrastruktur obyektlərinin təmiri və əsas kommunal xidmətlərin fəaliyyətinin bərpası üçün istifadə olunacaq.

Rodriqes həmçinin BVF-nin icraçı direktoru Kristalina Georgiyevaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, dağıdıcı zəlzələ Venesuelədə 24 iyunda baş verib. Son məlumata görə, 5 069 nəfər həlak olub, 16 740 nəfər yaralanıb, 17 907 sakin evsiz qalıb

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul