FIFA və Ağ Ev meşə yanğınları fonunda DÇ-2026-nın finalını müzakirə edəcək
FIFA və Ağ Ev meşə yanğınları fonunda DÇ-2026-nın finalını müzakirə edəcək
Ağ Ev nümayəndələri meşə yanğınlarının yaratdığı mümkün təhlükə ilə bağlı müzakirə aparmaq üçün Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino ilə görüş planlaşdırıblar.
"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalının müxbiri Rob Harris məlumat verib.
"Bu gün Ağ Ev nümayəndələri bazar günü keçiriləcək futbol üzrə dünya çempionatının final oyunu öncəsi FIFA prezidenti Canni İnfantino ilə görüş keçirəcəklər. Görüşdə Nyu-York və Nyu-Cersi bölgəsində meşə yanğınlarından yaranan tüstünün sağlamlıq üçün yaratdığı potensial təhlükə müzakirə olunacaq", - deyə Harris X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Kanadadakı meşə yanğınlarından yayılan sıx duman Nyu-Yorku bürüyüb. Nyu-Yorkda havanın keyfiyyəti indeksi 166 səviyyəsində olub ki, bu da "sağlamlıq üçün zərərli" göstərici kimi qiymətləndirilir. Lakin günün sonuna doğru bu göstəricinin 50-60 səviyyəsinə enəcəyi, yəni havanın çirklənməsinin orta həddə çatacağı gözlənilir.
Dünya çempionatının final oyunu 19 iyulda ABŞ-ın Nyu-Cersi ştatında keçiriləcək. Finalda Argentina və İspaniya milli komandaları qarşılaşacaq. Argentina yığması turnirin hazırkı çempionudur.
