İsrail Qəzzada yas mərasmini bombalayıb, 8 nəfər həlak olub
İsrail Qəzzada yas mərasmini bombalayıb, 8 nəfər həlak olub
İsrail ordusunun Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində dəfn mərasiminə toplaşan fələstinlilərə endirdiyi zərbə nəticəsində azı 8 nəfər həlak olub, 20 nəfər yaralanıb.
"Sizinxeber.az" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, zərbə daha əvvəl İsrail hücumu nəticəsində həyatını itirmiş fələstinlinin cənazəsini Əl-Avda Xəstəxanasının qarşısından yola salmaq üçün toplaşan mülki şəxsləri hədəf alıb.
Yaralılar Əl-Avda Xəstəxanasına çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Bu səbəbdən ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Qəzza zolağındakı xəstəxana mənbələrinin məlumatına əsasən, İsrail ordusunun bölgənin müxtəlif hissələrinə səhər saatlarından etibarən həyata keçirdiyi hücumlar nəticəsində gün ərzində ümumilikdə 14 fələstinli həlak olub, 37 nəfər yaralanıb.
Xatırladaq ki, İsrail ötən ilin oktyabrın 10-da qüvvəyə minmiş atəşkəsə baxmayaraq, Qəzza zolağına zərbələri davam etdirir.
