Yunanıstan Ukraynaya "Patriot" ZRK-ların verilməsi ilə bağlı müraciəti rədd edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
iy
2026
23:30
ff aaaaaaa

Yunanıstan Ukraynaya "Patriot" ZRK-ların verilməsi ilə bağlı müraciəti rədd edib

17 iy, 2026
23:30
267

Yunanıstan Ukraynaya "Patriot" ZRK-ların verilməsi ilə bağlı müraciəti rədd edib

Yunanıstan hələlik Kiyevin, eləcə də NATO və Avropa İttifaqındakı tərəfdaşlarının təzyiqlərinə baxmayaraq, özündə olan "Patriot" zenit-raket komplekslərinin bir hissəsini və 200-dək PAC-2 raketini Ukraynaya vermək niyyətində deyil.

"Report"un "Kathimerini" qəzetinə istinadən verdiyi məlumata görə, bəzi Aİ ölkələri Afinaya Ukraynaya malik olduğu altı Patriot batareyasından ən azı yarısını təhvil verməyi təklif edir.

Bundan əlavə, Kiyev 200-dək PAC-2 raketi istəyib.

Ukrayna hesab edir ki, onların bir hissəsi 23 illik istismar müddətinə görə xidmət müddətinin başa çatmasına yaxınlaşır. Həmçinin komplekslərin Norveçə satılması və daha sonra Ukraynaya verilməsi variantı da nəzərdən keçirilir.

Nəşrin məlumatına görə, Yunanıstan hakimiyyəti hələlik bu tələbləri yerinə yetirməyə hazır deyil. Buna səbəb Patriot komplekslərinin artıq ölkənin NATO qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə olunmasıdır. Bu komplekslər, o cümlədən Krit adasında, Evros bölgəsində və Səudiyyə Ərəbistanında yerləşdirilib.

Öz növbəsində, pentapostagma.gr portalı xəbər verir ki, Yunanıstanın hərbi rəhbərliyi Patriot komplekslərinin və raketlərin verilməsini ölkənin milli təhlükəsizliyi üçün təhdid hesab edir.

Bundan əlavə, Afina Ukraynaya Krit adasında yerləşdirilən Rusiya istehsalı olan S-300 zenit-raket komplekslərinin təhvil verilməsi ilə bağlı təzyiqlərlə üzləşməkdə davam edir.

Hərbçilərin qiymətləndirməsinə görə, hava hücumundan müdafiə vasitələri ehtiyatlarının daha da azaldılması ölkənin müdafiə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul