"Newsmax": ABŞ-nin desant gəmisi İrana qarşı hərbi əməliyyatda sıradan çıxıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
iy
2026
08:00
ff

"Newsmax": ABŞ-nin desant gəmisi İrana qarşı hərbi əməliyyatda sıradan çıxıb

10 iy, 2026
08:00
185

"Newsmax": ABŞ-nin desant gəmisi İrana qarşı hərbi əməliyyatda sıradan çıxıb

ABŞ-nin "USS Boxer" universal desant gəmisi İrana qarşı hərbi əməliyyatının ilk həftələrində sıradan çıxıb və döyüş əməliyyatlarında iştirak edə bilməyib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Newsmax" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ tərəfindən İrana qarşı dəniz blokadası tətbiq edildikdən və Xarq adasının ələ keçirilməsi imkanı müzakirə olunduqdan sonra, göyərtəsində piyada dəstəsi olan gəmi mühərrikindəki nasazlıq səbəbindən sıradan çıxıb.

Qeyd olunur ki, Yaxın Şərqə doğru hərəkət edən "USS Boxer" gəmisinin təmirə ehtiyacı olub. Gəmi Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən Britaniya-ABŞ birgə bazasına göndərilib və təmir başa çatana qədər orada qalıb.

"USS Boxer" kritik əhəmiyyətli bir dövrdə müvəqqəti olaraq sıradan çıxıb", - telekanal adı açıqlanmayan amerikalı məmurun sözlərini sitat gətirir.

Qeyd edilir ki, desant gəmisindəki nasazlıq Vaşinqtonun İrana qarşı planlarını məhdudlaşdırıb.

Bizimlə əlaqə saxlayın

×
×