Vuçiç: ABŞ-İran müharibəsinin davam etməsi neftlə bağlı problemlər yaradır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
iy
2026
01:30
ff

Vuçiç: ABŞ-İran müharibəsinin davam etməsi neftlə bağlı problemlər yaradır

09 iy, 2026
01:30
188

Vuçiç: ABŞ-İran müharibəsinin davam etməsi neftlə bağlı problemlər yaradır

Serbiya neftin, neft məhsullarının qiymətini təxminən eyni səviyyədə saxlamaq üçün yenidən dövlət vəsaiti ayırmalı olacaq.

"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

O bildirib ki, Yaxın Şərqdə münaqişənin davam etməsi neft qiymətləri ilə bağlı problem yaradır:

"Neftin qiyməti yenidən göylərə qalxır. Bu o deməkdir ki, müdaxilə etməsək, sabah neft məhsullarının qiymətini kəskin artırmalı olacağıq. Məni maliyyə naziri ilə çətin müzakirə gözləyir. Görək, sabah səhərə qədər nə edə və inflyasiyaya, qiymətlərin böyük artımına imkan verməmək üçün hansı tədbirləri həyata keçirə bilərik".

A.Vuçiçin sözlərinə görə, hər şeyi daim dövlət xərcləri və dövlət büdcəsi hesabına etmək mümkün deyil, lakin dövlət bu vəziyyətin öhdəsindən ən yaxşı şəkildə gəlmək üçün mübarizə aparacaq.

Serbiya Prezidenti neft məhsullarının qiymətini eyni zəviyyədə saxlamaq üçün sabah yenidən dövlət vəsaitləri ayırmalı olacaqlarını bəyan edib.

"Bu, hazırda Rusiyadakı neft emalı zavodlarının 50 faizinin sıradan çıxarılması səbəbindən də baş verir. İndi Qırğızıstan, Tacikistan və Türkiyə də daxil olmaqla, hamı başqa istiqamətlərdən və Aralıq dənizi bazarından bizim qiymət göstəricilərimiz üzrə neft idxal edir, çünki kifayət qədər Rusiya nefti yoxdur.

Serbiya Prezidenti onu da bildirib ki, Yaxın Şərqdə müharibənin davam edəcəyini gözləyirdi, çünki problemin kökü həll olunmayıb:

"ABŞ ilə İran arasında yenidən müharibə başladı. Mən demişdim ki, müharibə dayansa belə, bunun qəti və ya əminliklə bitdiyini söyləmək olmaz. Rusiya-Ukrayna münaqişəsinin də davam edəcəyini demişdim, çünki onun da əsas səbəbləri həll edilməyib. Atəşkəsə və sülhə nail olmaq üçün kimsə açıq şəkildə qalib gəlməlidir. Bu baş vermədikdə, yəni dalana dirənmiş vəziyyət olduqda münaqişənin sonu olmur".

Eyni zamanda, indi yenidən Hörmüz boğazı və digər məsələlərlə bağlı qarşıdurma yaranıb", - A.Vuçiç fikirlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

×
×