Serbiyada məcburi hərbi xidmətə ilk çağırışa 2027-ci ilin martında başlanacaq
Serbiyada məcburi hərbi xidmətə ilk çağırışa 2027-ci ilin martında başlanacaq
Serbiyada məcburi hərbi xidmətə ilk çağırışa 2027-ci ilin martında başlanacaq.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın müdafiə naziri Bratislav Qaşiç açıqlayıb.
O qeyd edib ki, ölkədə məcburi hərbi xidmət bərpa olunur və ilk çağırışın 2027-ci ilin mart ayında həyata keçirilməsi nəzərdə tutulur.
Qaşiç diqqətə çatdırıb ki, 2011-ci ildə məcburi hərbi xidmətin ləğv edilməsi gənc nəsillərə qarşı böyük ədalətsizlik olub:
"Heç bir ölkə yoxdur ki, məcburi hərbi xidmətə qayıtmasın. Bu, zərurət kimi özünü doğruldub. Serbiya isə optimal modeli seçib. Belə ki, məcburi hərbi xidmət ümumilikdə 75 gün davam edəcək. Bunun 60 günü hərbi hazırlıq, 15 günü isə poliqon şəraitində keçiriləcək təlimlər üçün nəzərdə tutulub".
