Avropa Parlamentində Serbiyaya ayrılan maliyyənin dayandırılmasına çağırış edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
iy
2026
03:00
ff

Avropa Parlamentində Serbiyaya ayrılan maliyyənin dayandırılmasına çağırış edilib

08 iy, 2026
03:00
207

Avropa Parlamentində Serbiyaya ayrılan maliyyənin dayandırılmasına çağırış edilib

Avropa Parlamentinin (AP) Serbiya üzrə məruzəçisi Tonino Pikula Avropa Komissiyasını (AK) ölkənin Avropa İttifaqına inteqrasiya yolunda çox az irəliləyiş əldə etməsi səbəbindən Qərbi Balkanlar üçün Artım Planı çərçivəsində Belqrada ayrılan maliyyəni dayandırılmağı nəzərdən keçirməyə çağırıb.

"Report"un Balkan bürosu xəbər verir ki, T. Pikula bu barədə AP-nin Serbiyadakı vəziyyət də daxil olmaqla, müxtəlif məsələləri müzakirə etdiyi iclasında çıxışı zamanı danışıb.

O vurğulayıb ki, Serbiyanın tərəqqisi ilə bağlı son hesabat ölkədəki real vəziyyəti əks etdirir və danışıqlar fəsillərinin bir çoxunda az və ya heç bir irəliləyiş qeydə alınmayıb.

"Hökumət Aİ-yə üzvlüyün strateji məqsəd olduğunu deyir, lakin faktlar bunu təsdiqləmir", – o bildirib.

Daha əvvəl Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiyanın qarşıdakı beş ildə Avropa İttifaqının tamhüquqlu üzvü olmayacağını qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×