İtaliyada məxfi məlumatları Rusiya kəşfiyyatına ötürməkdə şübhəli bilinən iki nəfər həbs edilib
İtaliyada məxfi məlumatları Rusiya kəşfiyyatına ötürməkdə şübhəli bilinən iki nəfər həbs edilib
İtaliyada polis məxfi məlumatları Rusiya kəşfiyyatına ötürməkdə şübhəli bilinən iki nəfəri həbs edib.
"Sizinxeber.az" İtaliya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, işin fiqurantları pul müqabilində konfidensial məlumatları Rusiya xüsusi xidmət orqanlarının əməkdaşına ötürüblər.
Həbs edilənlərdən biri İtaliya xüsusi xidmət orqanlarının 59 yaşlı keçmiş əməkdaşı olub. Hesab edilir ki, o, qapalı dövlət məlumatlarına çıxışı olan və hazırda xidmət edən dörd hərbi qulluqçudan əldə etdiyi məxfi məlumatları müntəzəm olaraq toplayıb və satıb.
Polisin məlumatına görə, ötürülən materiallar İtaliyanın dövlət təhlükəsizliyi və siyasi maraqları üçün əhəmiyyət kəsb edən məsələlərə aid olub və qanunvericiliyə uyğun olaraq məxfi saxlanılmalı və ya yayılmamalı idi.
