Tramp: "Toyota"nın Meksikadan ABŞ-yə köçməsi idxal tariflərinin tətbiqinin nəticəsidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
iy
2026
17:00
ff

Tramp: "Toyota"nın Meksikadan ABŞ-yə köçməsi idxal tariflərinin tətbiqinin nəticəsidir

07 iy, 2026
17:00
213

Tramp: "Toyota"nın Meksikadan ABŞ-yə köçməsi idxal tariflərinin tətbiqinin nəticəsidir

"Toyota" şirkəti ABŞ-nin idxal tarifləri tətbiq etməsindən sonra Meksikadan Texas ştatına köçür.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

"Toyota" şirkəti Meksikadan Birləşmiş Ştatlara (Texasa) köçür. Bu həqiqətən də mühüm hadisədir. Tariflər fəaliyyətdədir!", - o qeyd edib.

Daha əvvəl Yaponiyanın "Toyota" şirkəti Şimali Amerika bölməsinin San-Antoniodakı "Toyota Texas" istehsalat sahəsinin genişləndirilməsinə 3,6 milyard dollar investisiya yatıracağını bildirmişdi.

Bizimlə əlaqə saxlayın

×
×