Qəzza zolağında HƏMAS-ın təlim idarəsinin komandiri öldürülüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
23:30
ff

Qəzza zolağında HƏMAS-ın təlim idarəsinin komandiri öldürülüb

06 iy, 2026
23:30
217

Qəzza zolağında HƏMAS-ın təlim idarəsinin komandiri öldürülüb

İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS qruplaşmasının təlim idarəsinin komandirini öldürüblər.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Ordusu Qəzza zolağının şimal hissəsinə zərbə endirib və yaraqlıların hazırlıq proqramlarına rəhbərlik edən HƏMAS-ın hərbi qanadının təlim idarəsinin komandiri Fadi Fəlah Aşur Dağmaşı zərərsizləşdirib. O, Qəzza zolağında İsrail qoşunlarına qarşı döyüş əməliyyatlarına rəhbərlik edənlərin arasında olub", - bəyanatda bildirilir.

Əlavə olunub ki, zərbədən əvvəl mülki əhaliyə dəyəcək ziyanı minimuma endirmək üçün müəyyən addımlar atılıb.

Bizimlə əlaqə saxlayın

×
×