Rütte: Rusiya heç vaxt Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
19:30
ff

Rütte: Rusiya heç vaxt Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək

06 iy, 2026
19:30
194

Rütte: Rusiya heç vaxt Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək

Rusiya mülki infrastruktura zərbələr endirməklə belə, heç vaxt Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte alyansın Ankaradakı sammiti ərəfəsində keçirilən mətbuat konfransında bildirib.

"Ötən gecə Ukraynanın dinc sakinlərinə, infrastruktur obyektlərinə və şəhərlərinə qarşı hücum həyata keçirilib. İnsanlar həlak olub. Lakin Rusiya bu yolla heç vaxt bu müharibədə qalib gələ bilməyəcək", - Rütte deyib.

NATO-nun Baş katibi vurğulayıb ki, Rusiya tərəfindən gələn təhlükə real olaraq qalır, Ukraynanın isə hava hücumundan müdafiəsi gücləndirilməlidir.

Rüttenin sözlərinə görə, cəbhədəki əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya aqressiv fəaliyyətini davam etdirir. O qeyd edib ki, hərbi baxımdan Ukrayna Rusiya iqtisadiyyatına təzyiq göstərməklə və Rusiya hərbi-sənaye kompleksinin əsas imkanlarına ciddi ziyan vurmaqla döyüş meydanında uğurlar qazanır.

Bizimlə əlaqə saxlayın

×
×