Tramp: ABŞ ya İranla razılaşma bağlayacaq, ya da işi axıra çatdıracaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
19:00
ff

Tramp: ABŞ ya İranla razılaşma bağlayacaq, ya da işi axıra çatdıracaq

06 iy, 2026
19:00
205

Tramp: ABŞ ya İranla razılaşma bağlayacaq, ya da işi axıra çatdıracaq

Vaşinqton ya razılaşma bağlamaqla, ya da digər yollarla İranın nüvə silahına sahib olmasının qarşısını almaq niyyətindədir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki çıxışı zamanı bildirib.

"Düşünürəm ki, neftin qiyməti hazırda elə bir səviyyədədir ki, hətta biz müharibəyə başlamazdan əvvəl olduğundan da aşağıdır. Biz güzəştlərə nail olduq və onlar bu razılaşmalara əməl etməlidirlər. Lakin onların nüvə silahı olmayacaq. Mənim "nüvə tozu" adlandırdığım zənginləşdirilmiş nüvə materialını əldə edəcəyik", - Tramp deyib.

ABŞ Prezidentinin sözlərinə görə, ölkəsi istənilən halda öz məqsədinə çatacaq. "Biz ya razılaşma bağlayacağıq, ya da işi axıra çatdıracağıq. Və bunu tamamlamaq çətin olmayacaq", - Tramp vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×