Tramp: Ukraynada sülh hesab edildiyindən daha da yaxındır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
19:00
ff

Tramp: Ukraynada sülh hesab edildiyindən daha da yaxındır

06 iy, 2026
19:00
174

Tramp: Ukraynada sülh hesab edildiyindən daha da yaxındır

Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli hesab edildiyindən daha da yaxındır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə bildirib.

"Hesab edirəm ki, bu məsələdə biz nizamlanmaya insanların fikirləşdiyindən daha çox yaxınlaşırıq", - ABŞ lideri deyib.

Tramp həmçinin həm Moskvanın, həm də Kiyevin münaqişənin nizamlanmasına kökləndiyinə əmin olduğunu bildirib.

"Rusiya Prezidenti Vladimir Putin bunun bitməsini istəyir. Bunu sizə tam əminliklə deyə bilərəm. Ukrayna Prezidenti Volodimir Zelenski də əslində bunun indi başa çatmasını istəyir", - ABŞ lideri bildirib.

Tramp əlavə edib ki, bu məsələ NATO-nun Ankaradakı sammitində müzakirə olunacaq: "Düşünürəm ki, biz buna (sülhə - red.) nail olacağıq", - Tramp əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×