Siciliyada Etna vulkanı aktivləşdiyi üçün hava əlaqəsi məhdudlaşdırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
iy
2026
18:30
ff

Siciliyada Etna vulkanı aktivləşdiyi üçün hava əlaqəsi məhdudlaşdırılıb

05 iy, 2026
18:30
232

Siciliyada Etna vulkanı aktivləşdiyi üçün hava əlaqəsi məhdudlaşdırılıb

Siciliyadakı Kataniya Beynəlxalq Hava Limanı Etna vulkanının püskürməsi səbəbindən reyslərin qəbulunu dayandırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Məhdudiyyətlərə axşam saatlarında yenidən baxıla biləcəyi qeyd edilir. Hələlik Kataniyadan uçuşlara icazə verilir.

Bildirilib ki, Siciliyanın şərq sahilində, Messina və Kataniya şəhərlərinin yaxınlığında yerləşən vulkan iyunun sonlarında aktivləşib. İtaliyalı alimlərin məlumatına görə, bazar günü səhər saatlarında Etna havaya 1,5 km hündürlüyündə kül püskürüb.

Bizimlə əlaqə saxlayın

×
×