Mali ordusu terrorçuların hücumlarından sonra vəziyyəti nəzarətə götürüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
iy
2026
19:30
ff

Mali ordusu terrorçuların hücumlarından sonra vəziyyəti nəzarətə götürüb

04 iy, 2026
19:30
309

Mali ordusu terrorçuların hücumlarından sonra vəziyyəti nəzarətə götürüb

Mali Silahlı Qüvvələri ölkənin bir sıra şəhərlərində terrorçuların səhər saatlarında həyata keçirdiyi silsilə hücumlardan sonra vəziyyəti nəzarətə götürüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hərbi idarədən bildirilib.

"Əsgərlər bütün hücumları qətiyyətlə dəf ediblər, vəziyyət nəzarət altındadır. Sevareda 20, Qaoda isə 6 terrorçu məhv edilib. Qaoda hökumətin bir döyüşçüsü öldürülüb, daha dörd nəfər isə yaralanıb", - bəyanatda bildirilir.

Qeyd olunur ki, Mali hərbçiləri quru qoşunları və aviasiyadan istifadə etməklə, bir sıra şəhərlərdə təmizləmə əməliyyatlarını davam etdirirlər.

Bəyanatda qeyd olunur ki, şənbə günü səhər tezdən Malidəki üsyançılar beş yerdə, o cümlədən hökumət qoşunlarının yerləşdiyi ölkənin şimalındakı bir şəhərdə və paytaxt Bamakonun cənubundakı bir şəhərdə hücumlar həyata keçiriblər. Hücum ordu mövqelərinə, o cümlədən Malinin şimalındakı Anefis, Aqelxok və Qaoda, ölkənin mərkəzindəki Sevare və cənubundakı Keniorobada yönəlib.

Tuareqlərin rəhbərlik etdiyi "Azavadın Azadlıq Cəbhəsi" üsyançı qruplaşmasının nümayəndəsi onların şənbə günü törədilən terror aktlarında əli olduğunu bəyan edib.

Məlumat üçün bildirək ki, tuareqlər Böyük Səhra (Sahara) və Sahel bölgəsində köçəri, yarımköçəri həyat sürən etnik qrupdur. Onlar əsasən Niger, Mali, Əlcəzair, Liviya və Burkina-Fasoda yaşayır və özünəməxsus anaerkil (matriarxal) adətləri ilə tanınırlar.

Tuareq cəmiyyəti İslam dinini qəbul etsə də, onların adətləri bir çox müsəlman xalqlarından ciddi şəkildə fərqlənir. Burada qadınlar deyil, yetkinlik yaşına çatmış kişilər üzlərini örtürlər. "Taqelmust" adlanan bu sarğını kişilər hətta yemək yeyərkən və yatarkən belə çıxarmırlar. Cəmiyyətdə qadınlar yüksək hörmətə malikdir. Evlər və heyvanlar qadınlara məxsusdur. Boşanma baş verdikdə də mülkiyyət qadında qalır.

Bizimlə əlaqə saxlayın

×
×