Dəməşqdəki partlayışda ölənlərin sayı doqquz nəfərə çatıb - YENİLƏNİB-2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
iy
2026
02:00
ff

Dəməşqdəki partlayışda ölənlərin sayı doqquz nəfərə çatıb - YENİLƏNİB-2

03 iy, 2026
02:00
244

Dəməşqdəki partlayışda ölənlərin sayı doqquz nəfərə çatıb - YENİLƏNİB-2

Suriyanın paytaxtı Dəməşqdə Ədliyyə Sarayı yaxınlığında baş vermiş partlayış qurbanlarının sayı doqquza çatıb.

"Report" xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyinin nümayəndəsi Vail Dağmaş bildirib.

"Terror aktı qurbanlarının sayı doqquza çatıb, 20-dən çox insan yaralanıb", - deyə o dəqiqləşdirib.

Daha əvvəl bildirilmişdi ki, Ədliyyə Sarayının yaxınlığında, Hicaz meydanındakı kafelərin birində bomba partladılıb. Suriya paytaxtının qubernatoru Mahir Mərvan İdlibinin sözlərinə görə, cinayətin təşkilatçıları bu yolla iyulun 6-da Dəməşqdə keçirilməsi planlaşdırılan Xalq Şurasının (Suriyanın yeni parlamenti - red.) qarşıdan gələn 1-ci iclasını nüfuzdan salmağa çalışıblar.

Dəməşqin mərkəzindəki kafedə baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb.

"Report" Suriyanın SANA dövlət agentliyinə istinadən xəbər verir ki, partlayışın səbəbləri hələ ki, müəyyən edilməyib.

Suriya Səhiyyə Nazirliyinin təcili yardım və təcili tibb xidmətinin direktoru Əhməd əl-Bakurun məlumatına görə, yaralanan 11 nəfər xəstəxanalara çatdırılıb.

Hadisə yerində yanğınsöndürənlər və təcili xidmətlər çalışır.

Suriyanın paytaxtı Dəməşqdə, mərkəzi Hicaz rayonunda, Ədliyyə Sarayı yaxınlığında partlayış olub.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

İlkin məlumata görə, partlayış Ədliyyə Sarayının yaxınlığındakı kafedə baş verib. Ölən və xəsarət alanların dəqiq sayı hələ ki, müəyyən edilməyib.

Hadisənin təfərrüatı da dəqiqləşdirilir.

Bizimlə əlaqə saxlayın

×
×