Albaniya Aİ-nin enerji qanunvericiliyi tələblərini tamamlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
iy
2026
02:00
ff

Albaniya Aİ-nin enerji qanunvericiliyi tələblərini tamamlayıb

03 iy, 2026
02:00
246

Albaniya Aİ-nin enerji qanunvericiliyi tələblərini tamamlayıb

Albaniya Avropa İttifaqının (Aİ) enerji üzrə bütün qanunvericilik öhdəliklərini yerinə yetirib.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə ölkənin infrastruktur və energetika naziri Enea Karakaçi bildirib.

Nazir qeyd edib ki, bu islahat Albaniyanı enerji qanunvericiliyini Aİ standartlarına uyğunlaşdırma baxımından regionun ən qabaqcıl ölkələri sırasına daxil edir:

"Albaniya və Monteneqro hazırda bu sahədə bütün hüquqi tələbləri yerinə yetirən azsaylı regional ölkələrdəndir. Günəş enerjisi artıq ölkədə elektrik istehsalının 10 faizindən çoxunu təşkil edir. Albaniya artıq təxminən 650 meqavat günəş enerjisi gücü quraşdırıb və əlavə günəş və külək enerjisi layihələrini qiymətləndirir".

Karakaçi həmçinin Aİ-ni Qərbi Balkanlar üçün maliyyələşdirmə mexanizmlərini sürətləndirməyə çağırıb və söyləyib ki, enerji interkonnektorlarına daha sürətli investisiyalar bərpaolunan enerji mənbələrinin inteqrasiyası və regional enerji təhlükəsizliyinin gücləndirilməsi üçün vacibdir.

Bizimlə əlaqə saxlayın

×
×