Venesuelada zəlzələ qurbanlarının sayı 1 900-ü ötüb, 10 mindən çox insan yaralanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2026
23:00
ff

Venesuelada zəlzələ qurbanlarının sayı 1 900-ü ötüb, 10 mindən çox insan yaralanıb

30 in, 2026
23:00
276

Venesuelada zəlzələ qurbanlarının sayı 1 900-ü ötüb, 10 mindən çox insan yaralanıb

Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 1 943 nəfərə çatıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib.

"Ölənlərin sayı 1 943 nəfər təşkil edib, 10 571 nəfər isə xəsarət alıb", - o qeyd edib.

Daha əvvəl 1 719 nəfərin öldüyü və 5 mindən çox insanın yaralandığı bildirilib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ olub. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.

Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.

Bizimlə əlaqə saxlayın

×
×