İraqda korrupsiyada təqsirləndirilən nazir müavinindən 14 milyon dollar müsadirə edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2026
03:00
ff

İraqda korrupsiyada təqsirləndirilən nazir müavinindən 14 milyon dollar müsadirə edilib

30 in, 2026
03:00
200

İraqda korrupsiyada təqsirləndirilən nazir müavinindən 14 milyon dollar müsadirə edilib

İraqın neft nazirinin müavini Əli əl-Bəhadlinin korrupsiya sxemlərində iştirakı ilə bağlı aparılan təhqiqat çərçivəsində ondan təxminən 14 milyon dollar müsadirə edilib.

"Sizinxeber.az" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barədə ərəb respublikasının Ali Məhkəmə Şurası məlumat yayıb.

"Neft nazirinin paylama məsələləri üzrə müavini Əli əl-Bəhadliyə qarşı aparılan ilkin təhqiqatın nəticəsi olaraq 11 milyon dollar və 4 milyard İraq dinarı (3 milyon dollardan çox - red.) müsadirə edilib", – məlumatda bildirilib.

Onunbir sıra daşınmaz əmlakının da müsadirə edildiyi qeyd olunub. Hazırda araşdırmanın davam etdiyi vurğulanıb.

Daha əvvəl İraq parlamentinin 47 yüksək rütbəli məmuru və deputatı təhlükəsizlik qüvvələri tərəfindən korrupsiya ittihamı ilə saxlanılıb.

Bizimlə əlaqə saxlayın

×
×