Britaniyada istilər səbəbindən yeddi nəfər suda boğulub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2026
20:30
ff

Britaniyada istilər səbəbindən yeddi nəfər suda boğulub

28 in, 2026
20:30
239

Britaniyada istilər səbəbindən yeddi nəfər suda boğulub

Böyük Britaniyada həftəsonu anomal istilər səbəbindən iki nəfər - 15 yaşlı oğlan və 55 yaşlı qadın ölüb.

"Sizinxeber.az"un "The Sunday Mirror" qəzetinə istinadən verdiyi məlumata görə, cəmi bir həftə ərzində yeddi nəfər su hövzələrində boğulub.

Qəzet bildirib ki, Böyük Mançesterdəki Kovberi su anbarında üzən yeniyetmə itkin düşüb. Polis daha sonra onun cəsədini tapıb. Elə həmin gün bir qadın Qərbi Midlendsdəki bir kənd parkındakı hovuzda üzərkən boğulub.

Son günlərdə 13 və 15 yaşlarında iki yeniyetmə və 22-69 yaşlarında üç kişi də göllərdə, çaylarda və dənizdə üzərkən boğulub.

Bizimlə əlaqə saxlayın

×
×