İran və Oman Hörmüz boğazında gəmiçilik azadlığını müzakirə ediblər
Oman və İran nümayəndələri danışıqlar apararaq, Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin olunması prinsiplərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Omanın xarici siyasət idarəsinin bəyanatında deyilir.
"Omanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Bədr əl-Busaidi və İranın XİN başçısının müavini Kazım Qəribabadinin görüşündən sonra beynəlxalq hüquq normalarına uyğun olaraq Hörmüz boğazından gəmiçilik azadlığını tənzimləyən prinsiplər toplusunu müzakirə etmək üçün Oman və İran nümayəndə heyətlərinin geniş iclası keçirilib", - sənəddə qeyd olunur.
Tərəflər gəmilərin hərəkətinin, ticarətin və təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi barədə fikir mübadiləsi aparıblar.
Qeyd edilir ki, bundan əvvəl əl-Busaidi iranlı həmkarı Abbas Əraqçinin şifahi mesajını ona çatdıran Qəribabadini qəbul edib. Mesaj Pakistanın vasitəçiliyi ilə keçirilən İran-ABŞ danışıqları, eləcə də iki ölkənin Hörmüz boğazından gəmiçilik azadlığını təhlükəsiz və davamlı şəkildə bərpa etmək istəyi ilə bağlı idi.
Oxşar xəbərlər
Bədr əl-Busaidi: Oman Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üzərində işləyir
Bəqai: İran və Oman tezliklə Hörmüz boğazında gəmiçiliklə bağlı yeni qaydaları müzakirə edəcək
İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1
Ağ Ev: Oman görüşü ABŞ və İran üçün qarşılıqlı faydalı nəticəyə doğru addım idi
Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
