Stubb Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməyə hazırdır
sizinxeber.az xəbər saytı

Stubb Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməyə hazırdır


Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə mümkün danışıqlarda Avropa İttifaqının (Aİ) nümayəndəsi kimi çıxış etməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, o, bu barədə Finlandiyanın "Yle" teleradio yayımçısının efirində deyib.

"Əgər məndən soruşsanız, bu, yəqin ki, mənfi cavab vermək mümkün olmayan bir məsələdir", - Stubb qeyd edib.

Daha əvvəl bildirilibki, Aİ Rusiya ilə danışıqlarda Finlandiya liderinin namizədliyini nəzərdən keçirir. Nəşrin məlumatına görə, Avropada Moskva ilə yüksək səviyyədə siyasi danışıqlara hazırlıq gedir və Stubb prosesdə mərkəzi rol oynaya bilər.

Oxşar xəbərlər

Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçi olub
Rusiya ilə danışıqlara başlamağın vaxtı çatıb - Stubb
Aleksander Stubb: Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənir
Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçidir
Finlandiya Prezidenti: Yəqin ki, Ukrayna Rusiyaya müəyyən ərazi güzəştlərinə getməli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər