Netanyahu: İsrail lazım olan hər yerdə "Hizbullah"a zərbələr endirməyə davam edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
apr
2026
14:30
0
0
1 143
ff

Netanyahu: İsrail lazım olan hər yerdə "Hizbullah"a zərbələr endirməyə davam edəcək

09 apr, 2026
14:30
1 143

Netanyahu: İsrail lazım olan hər yerdə "Hizbullah"a zərbələr endirməyə davam edəcək

İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşmasına lazım olan hər yerdə zərbələr endirməyə davam edəcək.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mesajımız aydındır: İsrailin mülki vətəndaşlarına qarşı hərəkət edən hər kəs hədəf olacaq. Sakinlərin tam təhlükəsizliyini bərpa edənə qədər biz lazım olan hər yerdə "Hizbullah"a zərbələr endirməyə davam edəcəyik", - o bidirib.

Baş nazir, həmçinin əlavə edib ki, İsrail ordusu ötən gecə Livanın cənubundakı bir sıra infrastruktur obyektlərinə, keçid məntəqələrinə, habelə "Hizbullah"ın silah anbarlarına və komanda mərkəzlərinə zərbələr endirib.

"Biz "Hizbullah"a qətiyyətlə zərbələr endirməkdə davam edirik", - o əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×