ADY: Bu ilin birinci yarısında Cindən 199 blok-qatar qəbul edilib
sizinxeber.az xəbər saytı

ADY: Bu ilin birinci yarısında Cindən 199 blok-qatar qəbul edilib


Bu ilin birinci yarısında Azərbaycanda dəmir yolu ilə Çindən 199 blok-qatar qəbul edilib.

Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının prezidenti Sun Syudo ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, səmərəli əməkdaşlığın nəticəsi olaraq 2024-cü ildə iki ölkə arasında dəmiryol nəqliyyatı ilə daşınan yüklərin həcmi 47% artaraq 612 min ton təşkil edib.

Qeyd olunub ki, 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir.

Oxşar xəbərlər

Rövşən Rüstəmov: Gələcəkdə Orta Dəhlizlə Çindən ildə 1000 blok qatarı göndərilə bilər
ADY sədri: Çindən gələn blok qatarlarının sayı gələn il 3 dəfə artacaq
Çindən Orta Dəhlizlə bu il 210-dan çox blok qatarı qəbul edilib
Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
Çindən Orta Dəhlizlə bu ilin birinci yarısında 105 blok qatar yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər