Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Deputatdan Tahir İmanova cavab: “Mənim 250 minlik maşınım yoxdur” – VİDEO

featured

Millət vəkili Fəzail Ağamalı Əməkdar artist Tahir İmanovun onu ələ salmasına münasibət bildirib.

Bu barədə deputat OLAY-a açıqlama verib.

F.Ağamalı deyib ki, sözügedən videodan xəbərdar deyil və izləməyib:

“Həmin açıqlamaya gəlincə… Mən sadəcə gilasın qiymətini demişəm. Bilmirəm, nə mövzu axtarırlar ki, kimisə hədəf alsınlar. Tahir İmanov çox hörmət etdiyim, keçmiş dostum, Anar Məmmədxanovun rəhbərliyi altında bizə pozitiv hisslər bəxş edib. Ona hörmətim var. Deyib, canı sağ olsun, bu da onun mövqeyidir. Lakin insanı ələ salmaq yox, fikrinə tənqidi yanaşmaq olar. Görünür, bu da onun stilidir”.

Millət vəkili aktyorun videoda 250 minlik “Bentley”dən danışmasından da söz açıb:

“Mənim 250 minlik maşınım yoxdur. “Toyota” markalı avtomobil sürürəm.  O maşının qiyməti 250 min deyil. Zəhmət çəksin, internetdə oxusun, baxsın. Həmin maşını 2017-ci ildə almışam. Ümumiyyətlə nə mən, nə də övladlarım 250 minlik maşın sürmüşük”.

Qeyd edək ki, T. İmanov deputatın “Gilas ala bilmirəm” açıqlamasını ələ salaraq video çəkib.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Deputatdan Tahir İmanova cavab: “Mənim 250 minlik maşınım yoxdur” – VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!