Deputat sosial islahatlardan danışdı: “Yaxın günlərdə müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur”
Deputat sosial islahatlardan danışdı: “Yaxın günlərdə müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur”

Deputat sosial islahatlardan danışdı: “Yaxın günlərdə müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur”

Deputat sosial islahatlardan danışdı: “Yaxın günlərdə müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur”
“Ölkəmizdə əhalinin sosial müdafiəsinin təmin olunması dövlətin yürütdüyü siyasətin əsas hədəflərindəndir. Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncam da məhz sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. Həmin tədbirlər çərçivəsində minimum əməkhaqqının 300 manatdan 345 manata çatdırılması 700 min vətəndaşımızı əhatə edəcək. Eləcə də minimum pensiya 280 manata çatdırılacaq. Hər iki istiqamət üzrə maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalanacaq. Bundan başqa, yaxın günlərdə müavinət və təqaüdlərin artırılması da nəzərdə tutulur ki, ümumilikdə, bütün bu sosial tədbirlər 1,9 milyon vətəndaşı əhatə edəcək”. 
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib. Millət vəkili qeyd edib ki, qiymət artımları sosial artımlarla bağlı deyil. Bunun səbəbi qlobal səviyyədə ərzaq və digər malların qiymətlərinin artması ilə əlaqədardır:

“Bütün ölkələrdə qiymətlər artır və bütün bu proseslər dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycana da təsir edir. Yəni inflyasiyanın artması təkcə Azərbaycanın üzləşdiyi hal deyil. Bizdən asılı olmadan qlobal səviyyədə ərzaq və digər malların qiymətlərinin dayanmadan artmasından doğan qarşısıalınmaz prosesdir”.
Deputatın fikrincə, bunlara, sözsüz ki, Ukrayna-Rusiya müharibəsi daha çox təsir edir:
“Qara dəniz regionunda davam edən münaqişə ixrac tədarükündə nəqliyyat-logistika xərclərinə təsir edir, ixrac itkisi yaranır, idxal malları bahalaşır. Azərbaycan həmin malların bir qismini xaricdən idxal edir, həmçinin yerli istehsalda istifadə edilən xammallar xaricdən gətirilir. Bütün bunlar qiymət artımlarına səbəb olur”.
A.Hüseynov deyib ki, hökumət üçün antiinflyasiya siyasəti xüsusi aktuallıq kəsb edir və hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir:
“İstehlak bazarının tənzimlənməsi, qiymətlərə nəzarətin gücləndirilməsi, süni qiymət artımına yol verilməməsi hökumətin və ölkənin müvafiq iqtisadi qurumların qarşısına çox ciddi vəzifələr kimi qoyulub. Dövlət ərzaq təminatını etibarlı şəkildə həll etmək və qiymətlərə nəzarət etmək üçün kifayət qədər nəzarət resurslarına malikdir. Bu məqsədlə artıq süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür. Süni qiymət artımı ilə bağlı tapşırıq əsasında gündəlik ciddi monitorinqlər aparılır. Bütün bu tədbirlər qiymət artımının qarşısını almağa hesablanıb”.
Devalvasiya ilə bağlı məsələyə də münasibət bildirən A.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanın 60 milyard dollar valyuta ehtiyatları, güclü təhlükəsizlik yastığı mövcuddur:
“Xarici ticarət dövriyyəsində 25 milyard dollardan artıq müsbət saldo var, ixrac idxalı üç dəfə üstələyir. 2023-cü ildə ixracda əsas yer tutan məhsul olan neftin bazar qiyməti 50 dollardan götürülüb və cari ildə qlobal bazarda neftin orta satış qiymətinin ən azı 70-80 dollar olacağı proqnozlaşdırılır. Həmçinin manatın məzənnəsini ölkəyə daxil olan valyutanın həcmi, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği və digər amillər də müəyyən edir. Hazırda ölkəmizdə daxili bazarda dollara olan tələbatı təmin etmək üçün Neft Fondunun kifayət qədər ehtiyatları var. Fondun aylıq hərraca çıxartdığı vəsaitlərin həcmi təxminən 600-700 milyon dollar təşkil edir ki, bu da ayda 1-1,5 milyard dollar həcmində daxil olan valyutanın yarısından da azdır. Yəni tələbatı üç qat ödəmək potensialı var. Bütün bu amillər Azərbaycanın ixracını və xarici valyuta gəlirlərini stimullaşdırır, manata təzyiqləri minimallaşdırır. Onu da nəzərə almaq lazımdır ki, manatın real effektiv məzənnəsi beş faizdən çox möhkəmlənib. Bütün bunlar devalvasiya risklərini tamamilə sıfıra endirir”.
Sayad Həsənli

Sizinxeber.Az

Deputat sosial islahatlardan danışdı: “Yaxın günlərdə müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!