Damla Talıbovdan bahalı hədiyyə alıb? - Açıqlama
Damla Talıbovdan bahalı hədiyyə alıb? - Açıqlama

Damla Talıbovdan bahalı hədiyyə alıb? – Açıqlama

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Seymur və Rza Talıbovların müğənnilərə bahalı hədiyyə və yüksək məbləğdə qonorar verməsi haqqında xəbərlər yayılıb. Onların sırasında müğənni Damlanın da adı çəkilir. Seymur Talıbovun Damlaya konserti müqabilində yüksək qonorar verdiyi iddia olunur.

Kult.az xəbər verir ki, Damlanın meneceri Şəhriyar Abışov Teleqraf.com-a açıqlamasında yayılan məlumatları təkzib edib.

“Biz o adamı tanımırıq. Naxçıvanda “Saat Meydanı”nda konsertimiz olub. Konsert təşkilatçılar vasitəsiylə həll edilib, qonorar da ənənəvi qaydada verilib. Bir günlük konsert proqramı ilə çıxış etmişik və qayıtmışıq. Ümumiyyətlə, biz onu tanımırıq. Bizdə telefon nömrəsi belə yoxdur. O adamla üz-üzə də gəlməmişik”, – deyə o əlavə edib.

Qeyd edək ki, Missiya.az saytında Vasif Talıbovun övladlarının Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırdığı vurğulanıb. Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir. Damlanın Naxçıvanda konserti bu ilin iyun ayında baş verib.

Sizinxeber.Az

Damla Talıbovdan bahalı hədiyyə alıb? – Açıqlama

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!