Türkiyədə baş verən zəlzələdən sonra Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbədən xəbər yoxdur.
Axar.az xəbər verir ki, Azərbaycan səfirliyinin Malatyadakı nümayəndəsi Elvin Əhmədovun Publika.az-a verdiyi məlumata görə, Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadıqları bina çöküb.
“Həmin tələbələrlə bağlı müvafiq orqanlara rəsmi sorğu göndərilib, cavab gözləyirik”, – o əlavə edib.
Sizinxeber.Az